Türkiyə ordusu 4 terrorçunu məhv etdi

25.02.2024 14:30     Dünyadan reaksiya     124

İraqın şimalındakı Qara bölgəsində Türkiyə Silahlı Qüvvələrinin hava əməliyyatı nəticəsində 4 PKK terrorçusu zərərsizləşdirilib.

Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Terrorla mübarizəmiz effektiv və qətiyyətlə davam edir. İraqın şimalındakı Qara bölgəsində PKK-nın dörd terrorçusu təsbit edilərək hava əməliyyatı ilə zərərsizləşdirilib. Əməliyyatlarımız ləngimədən davam edəcək”, - məlumatda qeyd olunub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar