Fələstin hökuməti bu gün istefaya gedir
26.02.2024 10:00 Dünyadan reaksiya 171
Fələstin hökuməti bu gün istefa verəcək.
Reaksiya.az xəbər verir ki, bu barədə “Əl Mayadin” telekanalı məlumat yayıb.
Bildirilib ki, baş nazir Məhəmməd Ştaye istefa mətnini Fələstin liderinə təqdim edəcək, lakin onun kabineti yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.
Qeyd edilir ki, Prezident Mahmud Abbas bu addımı bəzi regional oyunçuların və ABŞ-ın ona göstərdiyi təzyiqlərə görə atır.
Şərhlər