Burkina-Fasoda terakt: 15 nəfər öldü

26.02.2024 11:30     Dünyadan reaksiya     111

Burkina-Fasonun şimalındakı Essakane kəndində katolik kilsəsində törədilən terror aktı nəticəsində azı 15 nəfər həlak olub.

Reaksiya.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, yaraqlıların hücumu nəticəsində daha iki nəfər yaralanıb.

Essakane kəndi Burkina-Faso, Mali və Niger arasında sərhəddə yerləşir.

Qeyd edək ki, 2015-ci ildən bəri Burkina-Fasoda terror hücumları nəticəsində 20 minə yaxın insan həyatını itirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar