Roqozin ABŞ müdafiə nazirini təhqir etdi

26.02.2024 15:00     Dünyadan reaksiya     91

“Roskosmos”un keçmiş rəhbəri, Zaporojye vilayətindən olan senator Dmitri Roqozin ABŞ-ın müdafiə naziri Lloyd Ostini meymuna bənzədib.

Reaksiya.az xəbər verir ki, o, “X” sosial şəbəkəsindəki ingilisdilli səhifəsində iki fotoşəkil dərc edib - birində qorillanın yanında çəkilmiş piqmeylər, digəri isə Ukrayna prezidenti Vladimir Zelenski və ölkənin müdafiə naziri Rustem Umerovun əhatəsində olan Ostini əks etdirir.

“ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəliyindən əvvəl piqmeylərlə şəkil çəkdirməyi çox sevirdi”, - deyə Roqozin belə bir status yazıb.

Daha sonra “VKontakte” səhifəsində Roqozin ABŞ Müdafiə Nazirliyinin rəhbərini primatla müqayisə etmədiyini bildirib.

“ABŞ müdafiə nazirini meymun adlandırmışam deyə beynəlmiləlçi vətəndaşlar çox həyəcanlanıblar. Heç bir şübhə olmasın. Ostin, ABŞ prezidenti Co Bayden, Almaniya kansleri Olaf Şolts və Rusiyanın digər düşmənləri çirkli meymunlardır”, - deyə şovinist və irqçi baxışları ilə tanınan siyasətçi yazıb.

Şərhlər

Çox oxunanlar