Çin Gürcüstan vətəndaşları üçün viza tələbini ləğv etdi
26.02.2024 15:15 Dünyadan reaksiya 157
Çin Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etmək qərarına gəlib.
Reaksiya.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, Gürcüstan vətəndaşları Çində fasiləsiz olaraq 30 gün qala biləcəklər: “Bu, həmvətənlərimizin işini asanlaşdıracaq mühüm qərardır. Çinə səyahət edin və Gürcüstanla Çin arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişafı baxımından yeni imkanlar yaradın”.
Baş nazir bildirib ki, Çin hakimiyyətinin qərarı iki ölkə arasında 2023-cü ildə imzalanmış strateji tərəfdaşlıq sazişinin daha bir əməli nəticəsidir.
2023-cü ilin iyul ayının sonunda Gürcüstan və Çin ikitərəfli strateji tərəfdaşlıq qurduqlarını elan ediblər. Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili 2023-cü ilin sentyabrında Gürcüstanda turizm məqsədilə 30 gün qala biləcək Çin vətəndaşları üçün viza rejiminin ləğvi barədə qərar qəbul etdiyini açıqlayıb.
Şərhlər