Qərbin hökmranlığı dövrü başa çatdı - Borrell

26.02.2024 19:00     Dünyadan reaksiya     91

Qərbin qlobal üstünlüyü dövrü Ukraynada müharibənin başlaması və Qəzzada İsraillə HƏMAS arasında münaqişə ilə başa çatdı.

Reaksiya.az xəbər verir ki, bunu AB-nin baş diplomatı Jozep Borrell deyib.

O, Qərb ölkələrini təhlükəsizlik və müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirməyə çağırıb:

 

“Qlobal cənubun bir çox ölkəsi Qərbi ikili standartlarda ittiham edir. Rusiya vəziyyətdən istifadə etməyi bacardı. Moskvanın Ukraynadakı hərəkətləri imperialist və müstəmləkəçi xarakter daşıyır. Qərbin hökmranlığı dövrü doğrudan da başa çatıb”.​

Reaksiya.az

Şərhlər

Çox oxunanlar