Ukraynanın vəziyyəti getdikcə ağırlaşır - Makron
27.02.2024 11:30 Dünyadan reaksiya 118
Kiyevin Qərb müttəfiqləri ona kömək etməkdə daha fəal olmalıdırlar.
Reaksiya.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında Ukraynaya dəstək konfransının açılışında çıxış edərkən deyib.
"Ukraynanın cəbhədəki vəziyyəti getdikcə ağırlaşır. Müttəfiqlər Kiyevi dəstəkləməkdə daha fəal olmalıdırlar. Bu, güclü qərarların qəbulunu nəzərdə tutur", - deyə Makron bildirib.
Şərhlər