Bu tarixdə İsrail və HƏMAS arasında atəşkəs olacaq

27.02.2024 12:15     Dünyadan reaksiya     128

ABŞ Prezidenti Co Bayden gələn bazar ertəsi İsrail və HƏMAS arasında atəşkəs olacağına ümid etdiyini bildirib.

Reaksiya.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Milli təhlükəsizlik müşavirim buna yaxın olduğumuzu deyir. Ümid edirəm ki, gələn bazar ertəsi biz atəşkəsə nail olacağıq”, - o bildirib.

Qeyd edək ki, tərəflər Qətərdə danışıqlar zamanı başqa məqamlarla yanaşı, girovların azad edilməsi ilə bağlı razılıq əldə etməyə yaxınlaşıblar.

Reaksiya.az

Şərhlər