Avropa Ukraynaya ordu göndərə bilər - Makron
27.02.2024 12:45 Dünyadan reaksiya 140
Fransa Prezidenti Emmanuel Makron Ukraynaya Avropa qoşunlarının göndərilməsini istisna etməyib.
Reaksiya.az xəbər verir ki, bu barədə Fransa lideri ötən gün Parisdə Ukrayna məsələsinin müzakirəsi üçün 20-yə yaxın ölkə liderinin toplantısından sonra mediaya açıqlamasında deyib.
Buna baxmayaraq, o, hazırkı mərhələdə bu məsələdə konsensus olmadığını da bildirib:
“Hazırda Ukraynaya ordu göndərmək üçün konsensus yoxdur. Amma heç nəyi istisna etmək olmaz. Rusiyanın qalib gəlməsinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, ötən gün Çexiya və Slovakiya Ukraynaya heç bir halda ordu göndərməyəcəklərini elan etmişdilər.
Şərhlər