KTMT özü-özünü “söndürüb” - Simonyan
27.02.2024 14:15 Dünyadan reaksiya 140
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak etməməsi əslində münasibətlərin dondurulması deməkdir.
Reaksiya.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Məsələ burasındadır ki, Baş nazir Nikol Paşinyan bizim təşkilatda iştirak etməməyimizin əslində münasibətlərin dondurulması olduğunu bəyan edib. Bəli, ümumiləşdirsək, KTMT-yə cavabsız qalan bir sual verdik: KTMT-nin məsuliyyət zonası haradadır? Bu sualın cavabı hələ yoxdur. Buna görə də fikrimcə, KTMT özü-özünü “söndürüb” və fəaliyyət göstərmir”, - o qeyd edib.
Şərhlər