İran 5 ölkədə terror fəaliyyəti həyata keçirir - ABŞ
27.02.2024 15:45 Dünyadan reaksiya 146
Tehran hökuməti 2009-cu ildən Əl-Qaidəyə İrandan keçən əsas koordinasiya xətti vasitəsilə öz terror fəaliyyətlərini asanlaşdırmağa, vəsaitləri və döyüşçüləri Cənubi Asiya, Suriya və başqa yerlərə köçürməyə icazə verib.
Reaksiya.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti yazılı açıqlamasında bildirib.
“İran Əl-Qaidə üçün təhlükəsiz sığınacağa çevrilib. Əl-Qaidə rəhbərlərinin bu ölkədə olması barədə sübutların mövcudluğuna baxmayaraq, İran bunu inkar edir”, - açıqlamada qeyd olunub.
Həmçinin bildirilib ki, 1979-cu ildən bəri İran Yaxın Şərqdə qeyri-sabitliyin əsas amili kimi çıxış edir:
“İran terrorizmin əsas himayəçisidir. Bu ölkə Hizbullah, HƏMAS kimi proksi qrupları və terrorçular vasitəsilə Bəhreyn, İraq, Livan, Suriya və Yəməndə geniş spektrli terror və digər qeyri-qanuni fəaliyyətlərə şərait yaradır”.
Şərhlər