İrəvandan Kremlə milyardlarla dollarlıq dəstək

27.02.2024 16:45     Dünyadan reaksiya     55

2023-cü ilin doqquz ayı ərzində Rusiya 8,77 milyard dollar dəyərində sanksiyalar altında olan hərbi məhsullar idxal edib.

Reaksiya.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, idxal olunan məhsulların 450 milyon avro dəyərində olan hissəsi Avropa Birliyinin payına düşür.

Agentlik bildirib ki, Ukraynada müharibə başlayandan bəri Avropa Birliyi ilə Rusiya arasında ticarətin həcminin azalmasından sonra həmin məhsulların Avropa ölkələrindən üçüncü ölkələrə ixracı kəskin şəkildə artıb.

Sanksiyalardan yayınaraq AB məhsullarını Rusiyaya ötürən ölkələr arasında Ermənistan liderdir.

Bunu rəqəmlərdə də görmək mümkündür. Ermənistan Statistika Komitəsinin son yaydığı rəqəmlərdə qeyd olunub ki, 2024-cü ilin yanvarında ixrac 2,1 dəfə artaraq 934,1 milyon dollara çatıb.

Xatırladaq ki, 2022-ci ildə Ukraynada müharibə başlayandan sonra Ermənistanın Rusiyaya ixracı bir neçə dəfə artıb və 2023-cü ildə ticarət dövriyyəsi görünməmiş həddə - 7,3 milyard dollara çatıb.

Reaksiya.az

Şərhlər