Mirzoyanın Bayramovla buna nail olacağına ümid edirəm
27.02.2024 17:15 Dünyadan reaksiya 146
Nikol Paşinyan Ermənistan XİN-in rəhbəri Ararat Mirzoyanın azərbaycanlı həmkarı Ceyhun Bayramovla fevralın 28-29-da Berlində keçiriləcək görüşündə sülh sazişi üzrə irəliləyişə nail olunacağına ümid etdiyini bildirib.
Reaksiya.az xəbər verir ki, o, bu barədə Afinada yunanıstanlı həmkarı Kiriakos Mitsotakis ilə görüşü zamanı deyib.
“Bilirsiniz ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir. Ümid edirəm ki, bu görüşün nəticəsində irəliləyiş əldə olunacaq”, - o bildirib.
Şərhlər