Ermənistan bu əraziləri təhvil verir

27.02.2024 18:00     Dünyadan reaksiya     128

Baş nazir Nikol Paşinyanın Tiflisə səfərindən sonra iki ölkə arasında sərhədin demarkasiyası prosesinin sürətləndirildiyi, Ermənistanın bəzi kəndlərinin Gürcüstana veriləcəyinə dair iddialar yayılıb.

Reaksiya.az Globalinfo.az-a istinadən xəbər verir ki, iki ölkənin sərhədində yerləşən Loru vilayətinin Alaverdi kəndinə bitişik ərazilərin demarkasiya zamanı Gürcüstan torpağı kimi qeydə alınacağı bildirilir.

Ermənistan Xarici İşlər Nazirliyi demarkasiya prosesinin sürətləndirildiyini açıqlayıb:

“Ermənistan və Gürcüstanın yüksək səviyyəli nümayəndələrinin son təmasları zamanı ümumi razılaşma əldə olunub. Sərhədlərin demarkasiya prosesinin sürətləndirilməsi qərarlaşdırılıb. Proseslə bağlı mütəmmadi şəkildə ictimaiyyətə məlumat veriləcək”.

Ermənistan XİN-in bu cavabı iddianı dolayı yolla təsdiqləmək və soğrudan yayınma kimi dəyərləndirilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar