ABŞ onları qorumaq üçün milyonlar xərcləyir - SEPAH

28.02.2024 13:00     Dünyadan reaksiya     123

Bayden administrasiyası ABŞ-ın iki keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton və Robert Obreyenin fiziki müdafiəsi üçün bir il ərzində 12 milyon dollardan çox pul xərcləyib.

Reaksiya.az xəbər verir ki, bu barədə SEPAH-ın rus dilində yayımlanan Teleqram kanalında bildirilib.

Məlumata görə, bu barədə əldə edilən yeni sənədlərdə bəhs olunub:

“Sənəddə İranın adı çəkilməsə də, CBS şəbəkəsi iki şəxsin fiziki müdafiəsinin İrandan gələn potensial təhdidlərlə bağlı olduğunu bildirib”, - deyə məlumatda deyilir.

Qeyd edək ki, kanal adıçəkilən şəxsləri Qasım Süleymaninin qatilləri adlandırıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar