Rusiya raketi İran peykini orbitə çıxardı

29.02.2024 14:30     Dünyadan reaksiya     111

“Soyuz-2.1b” raketi “Freqat” gücləndirici bloku ilə 2-4 nömrəli Meteor-M hidrometeoroloji aparatı, 17 Rusiya və bir İran kiçik peyki ilə birlikdə “Şərq” kosmodromundan havaya qalxıb.

Reaksiya.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Raket Moskva vaxtı ilə saat 08:43:26-da start götürüb. Cəmi 9 dəq 23 saniyədən sonra raket gücləndirilmiş bloku peyklərlə birlikdə yerin aşağı orbitinə çıxarıb.

Buraxılışdan öncə İranın informasiya və rabitə texnologiyaları naziri İsa Zarepur bildirib ki, İran alimlərinin maraqları üçün “Pars-1” peyki Rusiya raketi ilə orbitə çıxarılacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar