Bakı və İrəvan sülhə doğru çətin yolla gedir - Berbok
29.02.2024 16:45 Dünyadan reaksiya 111
Bakı ilə İrəvan arasında sülhə doğru atılan hər bir addım böyük əhəmiyyət kəsb edir.
Reaksiya.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok X hesabında Berlində Azərbaycan və Ermənistan XİN başçıları arasında sülh müqaviləsi layihəsi üzrə ikigünlük danışıqlara münasibət bildirərkən yazıb.
“Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli, lakin çətin yolla gedir. Biz federal hökumət olaraq, yaraların sağalması və sülhün əldə olunması üçün aparılan sülh danışıqlarını dəstəkləyirik. Bu yolda atılan hər bir addım vacibdir” , - paylaşımda qeyd olunub.
Şərhlər