Sejurne Makrona qarşı çıxdı: Ukrayna üçün ölməyəcəyik!

01.03.2024 16:15     Dünyadan reaksiya     109

Fransa hərbi əməliyyatlarda iştirak etmək üçün öz qoşunlarını Ukraynaya göndərməyəcək.

Reaksiya.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.​

Sejurne bildirib ki, Paris Ukraynaya qoşun yeritməyəcək, çünki məqsədi Rusiya ilə müharibə aparmadan Moskvanın qalib gəlməsinin qarşısını almaqdır:

“Fransızlar Ukrayna üçün ölməyəcək”.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Avropa qoşunlarının Ukraynaya göndəriləcəyini istisna etməmişdi.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar