Navalnının dəfni: 128 nəfər saxlanıldı
02.03.2024 09:45 Dünyadan reaksiya 111
Rusiyalı müxalifət lideri Aleksey Navalnının dəfn mərasimi ilə bağlı müxtəlif şəhərlərdə keçirilən tədbirlərdə ümumilikdə 128 nəfər polis tərəfindən saxlanılıb.
Reaksiya.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Paytaxt Moskva olmaqla, Novosibirsk, Yekaterinburq, Tümen, Voronej, Sankt-Peterburq və digər şəhərlərdə saxlanılanların olduğu bildirilib.
Qeyd edək ki, 16 fevralda cəzaçəkmə müəssisəsində ölən A.Navalnı Moskvanın Marino rayonunda ötən gün dəfn edilib.
Şərhlər