Ukrayna məsələsi BMT TŞ-nin iclasına salınmadı

02.03.2024 10:00     Dünyadan reaksiya     126

Bu ay Ukrayna mövzusunda Təhlükəsizlik Şurasının iclasları keçirilə bilər.

Reaskiya.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasına sədrlik edən Yaponiyanın BMT-dəki daimi nümayəndəsi Kazuyuki Yamazaki bildirib.

"Artıq görüş cədvəlimiz var. Bu məsələdən (Ukrayna müharibəsi - red.) bəhs edilmir. Amma biz Təhlükəsizlik Şurasının üzvləri arasında müəyyən maraq eşitmişik. Ona görə də biz BMT Təhlükəsizlik Şurasının digər üzvləri ilə məsləhətləşib bu məsələni həll edəcəyik və zərurət yaranarsa, bu, cədvəldə öz əksini tapacaqdır", - Yaponiya nümayəndəsi qeyd edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar