Yəmən yaxınlığında güclü zəlzələ baş verdi

02.03.2024 10:15     Dünyadan reaksiya     84

Yəmən yaxınlığında 5,9 maqnitudalı zəlzələ olub.

Reaksiya.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidmətinin məlumatında deyilir.

Təkanlar Ərəbistan dənizində, Sokotra adasından 360 km cənub-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 10,2 km dərinlikdə yerləşib.

Dağıntı və tələfatın olması barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar