Makron Şoltsu tənqid etdi: Cəsarəti yoxdur!
02.03.2024 10:30 Dünyadan reaksiya 117
Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts qarşılıqlı əlaqələrin əvvəlindən bir-biri ilə anlaşa bilmirlər.
Reaksiya.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Bildirilib ki, Fransa lideri kanslerdə cəsarət və ambisiyaların çatışmadığını düşünür.
Üstəlik, Makron Şoltsu dardüşüncəli lider kimi də xarakterizə edir.
Belə ki, yanaşmalardakı fərq Makronun Ukraynaya qoşunların göndərilməsi ilə bağlı bəyanatında çox aydın bəlli olurdu.
Qeyd edilir ki, iki lider arasında fikir ayrılığı Ukrayna münaqişəsinin gedişinə təsir edə bilər.
Şərhlər