Sunak Britaniya demokratiyasına təhlükədən danışıb
02.03.2024 11:45 Dünyadan reaksiya 110
Ekstremistlər ölkənin demokratik quruluşunu özlərinə məqsəd seçiblər.
Reaksiya.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak xalqa müraciətində deyib.
“Biz ekstremistlər və cinayətkarlar tərəfindən sabitliyin pozulmasının şokedici artımını müşahidə edirik. Küçələrimizdə etirazlar kimi başlayan hadisələr hədə-qorxu, təhdid və planlaşdırılan zorakılıq aktlarına çevrildi”, – Britaniya lideri bildirib.
Sunakın sözlərinə görə, yəhudi uşaqlar və müsəlman qadınlara hücum və təhdidlər edilir.
“Siz mülki şəxslərin həyatının qorunmasını tələb edə bilərsiniz, lakin zorakı cihada çağıra bilməzsiniz. HƏMAS kimi qadağan olunmuş terror qruplaşmalarını dəstəkləməyə haqq qazandırmaq üçün heç bir səbəb yoxdur”, – siyasətçi vurğulayıb.
Vəziyyətin hökumətdən radikallaşmaya qarşı mübarizə siyasətini sərtləşdirməsini tələb etdiyini deyən Sunak “Prevent” proqramına və polisə dəstəyin artdığını, həmçinin tələbələr və mühacirlər arasında ekstremizmə qarşı mübarizəni genişləndirdiyini açıqlayıb.
Şərhlər