İlon Mask “OpenAI” şirkətini və onun rəhbərini məhkəməyə verib

02.03.2024 12:00     Dünyadan reaksiya     69

İlon Mask “OpenAI” şirkətini və onun baş direktoru Sem Altmanı məhkəməyə verərək, onların süni intellekt startapının təsis razılaşmasını pozduqlarını, həmçinin qazanclarını bəşəriyyətin mənafeyindən üstün tutduqlarını iddia edib.

Reaksiya.az xəbər verir ki, 2015-ci ildə “OpenAI” şirkətinin həmtəsisçisi olan Mask 2018-ci ildə - süni intellektin (AI) “nüvə silahından daha təhlükəli olduğunu” bildirdikdən dörd il sonra şirkətin Direktorlar Şurasından çıxıb.

"Bu günə qədər “OpenAI, Inc.” saytında onun Nizamnaməsinin ümumi süni intellektin (AGI) bütün bəşəriyyət üçün faydalarını təmin etməkdən ibarət olduğunu iddia etməkdədirlər. Ancaq, əslində, “OpenAI, Inc.” dünyanın ən böyük texnologiya şirkəti olan “Microsoft”un qapalı törəmə müəssisəsinə çevrilib”, - deyə o qeyd edib.

Maskın vəkillər, “OpenAI”-ın Microsoft üçün maksimum mənfəət əldə olunması hədəfinin bu razılaşmanı pozduğunu iddia edirlər.

Qeyd edək ki, bu məhkəmə prosesinin nəticəsi süni intellekt texnologiyalarının gələcək inkişaf istiqamətinə və onların tətbiqinə əhəmiyyətli təsir göstərə bilər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar