Fransa prezidenti turistlərə orden payladı

24.08.2015 16:26     Dünyadan reaksiya     1871

Fransa prezidenti Fransua Olland “Thalys”qatarında terrorçunu zərərsizləşdirməkdə fəal iştiraka görə üç ABŞ turisti və bir britaniyalını Fəxri Legion Ordeni ilə təltif edib.

Reaksiya.az-ın məlumatına görə, 23 yaşlı Spenser Stoun, 22 yaşlı Alek Skarlattos, 23 yaşlı Entoni Sadler və 62 yaşlı Kris Normandan başqa, mükafata layiq görülənlər arasında bir Fransa vətəndaşı da olub.

Lakin həmin adam anonimliyi qorumağı lazım bilib və mükafatı sonra alacaq.

Oland bildirib ki, beş yüz nəfərin həyatını xilas edən bu şəxslər terrora qarşı iradə və ümid nümayiş etdirdilər. 

Şərhlər

Çox oxunanlar