Rusiya Odessanı yenə vurdu: ölənlərin sayı artdı

02.03.2024 14:00     Dünyadan reaksiya     128

Rusiya ordusu Odessaya pilotsuz təyyarələrlə hücum edib.

Reaksiya.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Hücum gecə saatlarında olub. Qeyd olunur ki, Qara dənizdən Odessa bölgəsinə 8 hücum pilotsuz təyyarəsi göndərilib. Bir saat ərzində hava hücumundan müdafiə bölmələri bu hücumu intensiv şəkildə dəf edib. Nəticədə yeddi hədəf məhv edilib, lakin PUA-lardan biri Odessanın yaşayış məntəqələri arasında manevrlər zamanı yaşayış massivindəki 9 mərtəbəli binaya dəyib. Binanın bir hissəsi dağılıb.

Son məlumata görə, 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

 

Odessa administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, kommunal şəbəkələr və qazanxana zədələnib, yaxınlıqdakı evlərin istiliyi kəsilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar