ABŞ bu hücuma görə İraqdan üzr istədi
02.03.2024 17:00 Dünyadan reaksiya 105
ABŞ fevralın əvvəlində edilən hücuma görə İraqdan üzr istəyib.
Reaksiya.az xəbər verir ki, bu sözləri İraqın xarici işlər naziri Fuad Hüseyn “RİA Novosti”yə müsahibəsində deyib.
Hüseyn Antalya Diplomatik Forumunun mediaya açıqlamasında bildirib ki, Vaşinqton İraq təhlükəsizlik qüvvələrinə hücumlar zamanı İraqa xəbərdarlıq etməmişdi, buna görə ABŞ üzr istədi.
Qeyd edək ki, ABŞ İordaniyadakı bazasının vurulması nəticəsində 3 əsgərinin ölümünə cavab olaraq İraq və Suriya ərazisinə zərbələr endirmişdi.
Şərhlər