Suriyada öldürülən SEPAH komandirinin kimliyi açıqlandı

02.03.2024 17:30     Dünyadan reaksiya     89

Martın 1-də Suriyanın Baniyas limanında SEPAH-a aid qərargahın yerləşdiyi əraziyə hava hücumu nəticəsində həlak olan komandirin kimliyi müəyyən edilib.

Reaksiya.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində SEPAH Donanmasının 1-ci bölgəsinin polkovniki Rza Zarei İsrailin hücumu nəticəsində həyatını itirib.

Məlumatda Hizbullahın kimliyi açıqlanmayan iki üzvünün də həlak olduğu qeyd edilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar