Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması haqqında ratifikasiyanı təsdiqləyib
02.03.2024 18:00 Dünyadan reaksiya 110
Macarıstan parlamentinin sədr müavini, müvəqqəti sədr vəzifəsini icra edən Şandor Lejak İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edən qanunu imzalayıb.
Reaksiya.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi parlamentin saytındakı səsvermə məlumatlarına istinadən yayıb.
Qeyd olunur ki, qanun imzalandıqdan sonra Macarıstan Prezidentinin aparatına göndərilib.
Xatırladaq ki, fevralın 26-da Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edib. Macarıstan alyansda İsveçin müraciətini təsdiqləyən sonuncu ölkə olub.
Şərhlər