Litva XİN başçısı: NATO qoşunlarının Ukraynaya göndərilməsindən imtina etməyə dəyməz
02.03.2024 18:30 Dünyadan reaksiya 103
Litvanın xarici işlər naziri Qabrielius Landsbergis NATO qoşunlarının Ukraynaya göndərilməsi variantına baxılmasından imtina edilməsinə əsas olmadığını düşünür.
Reaksiya.az Rusiya KİV-ə istinadən xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib.
“Ukraynaya hərbçi göndərilməsi ilə bağlı düşünürəm ki, biz bu variantı nəzərdən keçirməkdən imtina etməməliyik, buna əsas da yoxdur”, - Q.Landsbergis deyib.
Şərhlər