Qərb BMT-nin fundamental prinsiplərini pozur

02.03.2024 19:15     Dünyadan reaksiya     115

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ başda olmaqla, Qərbin BMT-nin fundamental prinsiplərini pozduğunu bəyan edib.

Reaksiya.az xəbər verir ki, bunu rusiyalı nazir III Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan brifinqdə deyib.

“Biz hara gəlib çıxdığımızı təhlil etməliyik. BMT pis təşkilat deyil, əsasnaməsi var. Sadəcə olaraq bir sıra inkişaf etmiş dövlətlər hesab edirlər ki, öz maraqlarına uyğun olaraq prinsipləri poza, manipulyasiya edə bilərlər. Real işdə ölkələr arasında bərabər hüququ bərpa etmək lazımdır”, - S.Lavrov qeyd edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar