Biz danışıqlara hazırıq, lakin İsrail yox... - HƏMAS

03.03.2024 12:45     Dünyadan reaksiya     134

HƏMAS atəşkəs haqqında razılıq əldə olunarsa, vasitəçilərin iştirakı ilə İsraillə danışıqları davam etdirməyə hazırdır, lakin İsrail buna hazır deyil.

Reaksiya.az xəbər verir ki, bunu HƏMAS-ın Siyasi bürosunun rəhbərinin müavini Musa Əbu Marzuk bildirib.

“Əgər atəşkəs olarsa, danışıqlar (İsraillə - red.) olacaq, lakin birbaşa deyil, vasitəçilərin iştirakı ilə. Amma bizim prioritetimiz Qəzza zolağının bərpası, humanitar yardımın göstərilməsi və hər iki tərəfdən məhbusların azad edilməsidir. Bundan sonra biz vasitəçilər sayəsində danışıqları davam etdirə bilərik”, - Marzuk qeyd edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar