Bu, artıq NATO-nun dəhşətli yalanını sübut edir - Filippot

03.03.2024 10:00     Dünyadan reaksiya     115

Alman hərbçilərin yayılan söhbəti Berlin və NATO üçün xoşagəlməzdir.

Reaksiya.az xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib.

“Almaniya və NATO üçün son dərəcə xoşagəlməz bir sızmadır, çünki bu, artıq Rusiya ilə birbaşa müharibə vəziyyətində olan NATO-nun dəhşətli yalanını sübut edir", - F.Filippot vurğulayıb.

Qeyd edək ki, yayılan səs yazısında Hərbi Hava Qüvvələrinin zabitlərinin müdafiə naziri Boris Pistorius üçün Ukraynada “Taurus” raketlərindən istifadənin mümkünlüyü barədə hesabat hazırladıqları əks olunub. Zabitlər açıq şəkildə Ukraynada Amerika və Böyük Britaniya hərbçilərinin olması, eləcə də Krım körpüsünə hücum məqsədilə Almaniyada Ukrayna hərbçilərinə “Taurus” raketlərindən istifadə etmək üçün təlim keçmək imkanlarından danışırlar.

Almaniya kansleri Olaf Şolts bu səs yazısını “çox intensiv, diqqətlə və tez araşdırılan ciddi bir məsələ” adlandırıb.

Alman müdafiə ekspertləri isə təhlükəsiz olmayan kommunikasiya xətləri üzərindən həssas mövzuların necə müzakirə edildiyindən çaşqınlıqlarını ifadə ediblər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar