Parisdə Makrona etiraz: NATO bayrağı cırıldı

03.03.2024 10:15     Dünyadan reaksiya     129

Parisin mərkəzində Fransa qoşunlarının Ukraynaya mümkün göndərilməsinə qarşı etiraz aksiyası keçirilib.

Reaksiya.az xəbər verir ki, bu barədə Teleqram kanallarında görüntü paylaşılıb.

Etirazçılar Fransa Prezidenti Emmanuel Makronu ölkəni xalqdan gizli şəkildə münaqişəyə cəlb etməkdə və Rusiyanı təhdid etmək üçün Ukraynaya qoşun göndərmək istəyində günahlandırıblar. Onlar eyni zamanda Ukraynaya silah göndərilməsini dayandırmağı tələb edib və “Qoy Makron getsin, özü döyüşsün” şüarı səsləndiriblər.

Etiraz əlaməti olaraq nümayişçilər NATO və AB-nin bayraqlarını cırıb.

Qeyd edək ki, bundan öncə Makron Avropa qoşunlarının Ukraynaya göndərilə biləcəyini istisna etməmişdi.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar