Yeni Zelandiya sahillərində 5,4 maqnitudada zəlzələ olub
03.03.2024 11:45 Dünyadan reaksiya 109
Sakit okeanda Yeni Zelandiyanın bir hissəsi olan Kermadek arxipelaqının cənubunda 5,4 maqnitudada zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,3 min nəfərin yaşadığı Hiks Bay şəhərindən 675 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilmir, sunami təhlükəsi elan edilməyib.
Şərhlər