Rusiyada terrorçularla atışma: 6-sı məhv edildi

03.03.2024 14:15     Dünyadan reaksiya     101

Rusiyanın İnquşetiya Respublikasının Karabulak şəhərində gecə saatlarında evlərdən birində məskunlaşan beş silahlı məhv edilib.

Reaksiya.az xəbər verir ki, bu barədə “Maş” Teleqram kanalı məlumat yayıb.

Antiterror əməliyyatının aktiv mərhələsinin dayandırıldığı bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itki olmayıb.

Rusiyanın “İzvestiya” qəzeti isə əməliyyat nəticəsində 6 terrorçunun öldürüldüyünü yazıb.

Qeyd edək ki, dünən gecə Rusiyanın İnquşetiya Respublikasının Karabulak şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları ilə İŞİD üzvləri arasında atışma baş vermişdi.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar