Burkina-Fasoda silahlılar 170-ə yaxın sakini öldürüb
03.03.2024 16:30 Dünyadan reaksiya 118
Burkina-Fasonun şimalında üç kənddə silahlılar 170-ə yaxın sakini öldürüb.
Reaksiya.az xəbər verir ki, bu barədə Uahiquya rayon prokuroru Əli Benjamin Kulibali məlumat verib.
Onun sözlərinə görə, hadisələr Komsilqa, Nodin və Soroe kəndlərində baş verib.
O bildirib ki, hücum haqqında ilk dəfə fevralın 25-də məlumat verilib. Hazırda kəndlərə basqın edən silahlıların hansı qruplaşmaya aid olduğu müəyyənləşdirilir.
Şərhlər