HƏMAS atəşkəs üçün şərtlərini açıqlayıb
03.03.2024 17:15 Dünyadan reaksiya 121
İsrail Fələstinin radikal HƏMAS hərəkatının tələblərini qəbul edərsə, 1-2 gün ərzində atəşkəs razılaşmasına nail olmaq mümkündür.
Reaksiya.az xəbər verir ki, bu barədə “Agence France-Presse” nəşrinə hərəkatın nümayəndəsi məlumat verib.
“İsrail HƏMAS-ın məcburi köçkünlərin Qəzza zolağının şimalına qayıtması və humanitar yardımın artırılması da daxil olmaqla tələbləri ilə razılaşarsa, bu, növbəti 24-48 saat ərzində atəşkəs razılaşmasına zəmin yarada bilər”, - bəyanatda deyilir.
Şərhlər