Qantz icazəsiz ABŞ-a getdi, Netanyahu əsəbiləşdi

04.03.2024 09:00     Dünyadan reaksiya     122

İsrailin fövqəladə kabinetinin üzvü Benni Qantz ABŞ-a gedib.

Reaksiya.az “Tayms of İsrail”ə istinadla xəbər verir ki, Qantsın bu gün ABŞ-ın vitse-prezidenti Kamala Harris, milli təhlükəsizlik üzrə müşavir Ceyk Sullivan və Ağ Evin Yaxın Şərq üzrə müşaviri Brett Makqark ilə görüşü planlaşdırılır.

Onun ikinci gün ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşü nəzərdə tutulub. Daha sonra Qantz Londona uçmağı və xarici işlər naziri Devid Kemeron və digər rəsmilərlə görüşməyi planlaşdırır.

Bildirilir ki, Baş nazir Netanyahu Qantzın onun icazəsi olmadan səfərə çıxmasından əsəbiləşib və ABŞ səfirinə onun görüşlərinə dəstək olmamağı tapşırıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar