Çin dünyaya "şok" yaşadacaq

04.03.2024 09:30     Dünyadan reaksiya     124

Çin xaricə texnika ixracını ikiqat artıra bilər.

Reaksiya.az Musavat.com-a istinadən xəbər verir ki, Pekinin bu addımı beynəlxalq bazarda yeni “Çin şoku”na səbəb olacaq.

Pekin hazırda avtomobil, mexanizm və məişət texnikası istehsalını aktiv şəkildə artırır. Bu, ölkədə iqtisadi artım sürətinin azalmasının qarşısını almaq üçün əsas yoldur. Daxili bazarın həddindən artıq doyması səbəbindən bu məhsullarını ixracı getdikcə sürətlənir. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Pekin bu yolla aşağı inflyasiyanı saxlamağa nail olub. İqtisadçılar Çinin hazırkı istehsal fəaliyyətinin inflyasiyanın daha da aşağı düşməsinə kömək edəcəyini deyirlər.

Bildirilir ki, ABŞ, Avropa və Yaponiya Çinin hərəkətlərini dəstəkləmir, çünki keçmişdə bu, onların ərazisində bir çox sənaye sahələrinin iflasına səbəb olub. Beləliklə, onlar strateji sənayeləri dəstəkləmək üçün milyardlarla dollar ayırır, Çindən idxala vergilər tətbiq edirlər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar