25 il müddətinə azadlıqdan məhkum edilə bilər - VİDEO

24.08.2015 17:27     Dünyadan reaksiya     2301

ABŞ-da müsəlmanlara qarşı rentgen şüalı qətliam planı

ABŞ-da müsəlmanları yox etmək üçün radiasiya yayma cihazı hazırlayan Amerikalı texnik GLENDO Scott Crawford, məhkəmədə günahkar tapıldı.

ABŞ-da Albaniyada yaşayan və Müsəlmanları yox etmək üçün radiasiya yayma cihazı hazırlayan enerji şirkəti General Elektrik şirkətində çalışan GLENDO Scott Crawford, məhkəmədə günahkar hesab edilib.

Albaniyada yaşayan və Amerika enerji şirkəti General Elektrik şirkətində texniki işçi kimi çalışan 51 yaşındakı Crawfordun cəzası 15 dekabrda açıqlanacaq. Crawford 25 il müddətinə azadlıqdan məhkum edilə bilər.

Müsəlmanlara qarşı xain planı

Məhkəmənin qərarında iki ildir həbsdə olan irqçi Ku Klux Klanının üzvü Crawfordun bir X-şüası (rentgen) cihazı hazırlayaraq, müsəlmanları radiasiyaya məruz qoymağı və həftə ərzində də ölümlərini planlaşdırdığı ifadə edilib. Prokurorluq məhbusun bu planları hazırlayarkən ciddi olduğunu vurğulayıb.

Hədəf məscid və məktəblər olub

Əsas hədəfinin məscid və məktəblər olan Crawfordun başqa bir hədəfinin də ABŞ prezidenti Barak Obama olduğu qeyd edilib.

Şərhlər

Çox oxunanlar