Bəlucistanda “Bəsic”in daha bir üzvü öldürüldü
04.03.2024 12:45 Dünyadan reaksiya 120
İranın Sistan və Bəlucistan əyalətinin Səravan bölgəsində SEPAH-a bağlı yarım-hərbi “Bəsic” üzvü öldürülüb.
Reaksiya.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bəluc Fəallarının yaydığı məlumatda həlak olan şəxsin Armin Mir Muradzehi olduğu bildirilib.
Rəsmi media onun silahdan yanlış istifadə nəticəsində həlak olduğunu yazıb.
Qeyd edək ki, 2 martda Zahidanda Osman Şah Baxş silahlı şəxslərlə atışmada öldürülmüşdü.
Şərhlər