Rusiyada dəmiryol körpüsü partladıldı

04.03.2024 13:00     Dünyadan reaksiya     167

Rusiyanın Samara vilayətində dəmiryol körpüsündə partlayış baş verib.

Reaksiya.az xəbər verir ki, bu barədə "Baza" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər bu gün səhər saatlarında dəmir yolunun Zvezda-Çapayevsk adlanan hissəsində körpünün dayaqlarını partlatmağa cəhd ediblər. Nəticədə körpünün metal konstruksiyaları zədələnsə də, dayaqlar ziyan görməyib.

Moskvadan gələn qatarların hərəkəti dayandırılıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar