Almaniya səfiri təcili Rusiya XİN-ə çağrıldı

04.03.2024 13:45     Dünyadan reaksiya     109

Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorf martın 4-də Krım körpüsünə hücumlarla bağlı alman zabitlər arasında söhbətlə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Reaksiya.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

“Lambsdorf bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb”, - mənbə bildirib.

Qeyd edək ki, rusiyalı təbliğatçı Marqarita Simonyanın yaydığı səs yazısında Hərbi Hava Qüvvələrinin zabitlərinin müdafiə naziri Boris Pistorius üçün Ukraynada “Taurus” raketlərindən istifadənin mümkünlüyü barədə hesabat hazırladıqları əks olunub. Zabitlər açıq şəkildə Ukraynada Amerika və Böyük Britaniya hərbçilərinin olması, eləcə də Krım körpüsünə hücum məqsədilə Almaniyada Ukrayna hərbçilərinə “Taurus” raketlərindən istifadə etmək üçün təlim keçmək imkanlarından danışırlar.

Almaniya kansleri Olaf Şolts bu səs yazısını “çox intensiv, diqqətlə və tez araşdırılan ciddi bir məsələ” adlandırıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar