Lavrov İrəvanı hədələdi: hansı mesajı verdi? – Abramyanın versiyası

04.03.2024 15:23     Dünyadan reaksiya     134

“Təxmin edildiyi kimi, Rusiya Ermənistanın KTMT-də qalması, yaxud çıxması ilə bağlı dəqiq qərar verməsini tələb edir”.Bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana ünvanlı çıxışına münasibət bildirərkən deyib.

Erməni deputat Rusiya XİN başçısının çıxışının Ermənistana açıq mesaj olduğunu qeyd edib:

“Sergey Lavrov Ermənistana xəbərdarlıq etdi ki, Rusiya və KTMT-dən uzaqlaşmaq ağır nəticələr verə bilər. Beləliklə Moskva İrəvanla siyasi, hərbi və iqtisadi sahədə münasibətlərinə yenidən baxacaq.

Kreml Ermənistanın son addımlarının ona qarşı şantaj, yoxsa Avropa İttifaqına ünvanlı yeni rotasiya olduğunu dəqiqləşdirməyə çalışır. Buna görə hazırkı prosesləri analiz edir. Moskva bununla ona müxalif hərəkət etməyin necə nəticə verəcəyini hər kəsə göstərmək istəyir. Lakin Ermənistana qarşı necə davranacağı bəlli deyil. Bu vəziyyətdə İrəvan hakimiyyəti necə mövqe sərgiləməli olduğunu düşünməlidir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar