Bu, məcburi cavabımızdır: Ukrayna Rusiyadır!
04.03.2024 19:00 Dünyadan reaksiya 123
Ukrayna, əlbəttə ki, Rusiyadır və əks anlayış həmişəlik yox olmalıdır.
Reaksiya.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
O qeyd edib ki, Rusiyanın sərhədlərinin hazırda harada və necə göstərildiyini, əsrlər boyu nə qədər dəyişdiyini və gələcəkdə necə ola biləcəyini başa düşmək vacibdir:
“Bu suallar o qədər də aydın deyil. Bütün rəqiblərimiz sadə həqiqəti əbədi olaraq başa düşməlidir: Dnepr çayının hər iki sahilindəki ərazilər Rusiyanın strateji tarixi sərhədlərinin tərkib hissəsidir, buna görə də onları zorla dəyişdirmək, onları tez bir zamanda kəsmək cəhdləri məhvə məhkumdur”.
Medvedyev Putinə istinadla əlavə edib ki, ölkənin sərhədləri heç bir yerdə bitmir:
“Rusiyanın sərhəd siyasəti “Bizə başqasının torpağı lazım deyil, amma öz torpağımızdan da əl çəkməyəcəyik” prinsipinə əsaslanır. Ukrayna ərazisində hərbi əməliyyat xüsusi haldır. Burada ölkənin sərhədlərinin işğal yolu ilə genişləndirilməsindən söhbət getmir. Hərbi əməliyyatlar Bandera rejiminin və kollektiv Qərbin rusofob siyasətinə məcburi cavab idi”.
Şərhlər