Ukraynanın 37 milyard dollarlıq maliyyə yardımına ehtiyacı var

04.03.2024 20:30     Dünyadan reaksiya     131

2024-cü ildə Ukraynanın ən azı 37 milyard dollar maliyyə yardımına ehtiyacı var.

Reaksiya.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, birbaşa büdcə dəstəyinin əsas donorları Avropa İttifaqı, ABŞ, BVF, Yaponiya, Kanada, eləcə də G7-nin digər ölkələridir: “2022-ci ildə təxminən 37, 2023-cü ildə 42 milyard dollardan çox vəsait topladıq. Bu il üçün plan tərəfdaşlarımızdan ən azı 37 milyard dollar yardım cəlb etməkdir”.

Hökumət başçısı dəstəyə görə tərəfdaş ölkələrə təşəkkür edib: “Biz ABŞ-dən maliyyə yardımı gözləyirik. Hazırda daxili müzakirələr gedir. Biz hamımız bu barədə bilirik. Biz əsas tərəfdaşımız, müttəfiqimiz olan ABŞ ilə fəal işləyirik. Hesab edirəm ki, yaxşı xəbərlər alacağıq”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar