Ukrayna ordusunda kadr təyinatları oldu

05.03.2024 10:30     Dünyadan reaksiya     92

Ukrayna Müdafiə Qüvvələrində yeni kadr təyinatları olub.

Reaksiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında yazıb.

“Cəbhədəki döyüş komandirləri həll yollarının işlənib hazırlanmasına cəlb olunurlar. Bu gün (ötən gün - red.) mən Müdafiə Qüvvələri üçün bir sıra zəruri yeni kadr təyinatları ilə razılaşdım və imzaladım", - Zelenski bildirib.

Lakin o, hansı dəyişikliklərin edildiyi barədə məlumat verməyib.

Qeyd edək ki, ötən gün səhər saatlarında Ukrayna Prezidenti Ofisinin saytında Ukrayna Silahlı Qüvvələrinin komandanı Dmitri Gereqanın vəzifəsindən azad edilməsi və onun yerini Aleksandr Yakovetsin tutması barədə məlumat yayılıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar