Paşinyan Sisi ilə görüşdü

05.03.2024 17:00     Dünyadan reaksiya     93

Misirdə səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan bu ölkənin Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.

Reaksiya.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.

“İki ölkə liderləri arasında təkbətək söhbət olub, daha sonra geniş tərkibdə müzakirələr aparılıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Misirdə ikigünlük səfərdədir.

Reaksiya.az

Şərhlər