ÇL: "Bavariya" və PSJ 1/4 finalda!

06.03.2024 09:00     Dünyadan reaksiya     79

UEFA Çempionlar Liqasında ilk iki 1/4 finalçının adı bəlli olub.

Reaksiya.az xəbər verir ki, 1/8 final mərhələsi çərçivəsində keçirilən iki cavab görüşündən sonra İtaliyada “Latsio”ya 0:1 hesabı ilə uduzan “Bavariya” bunun əvəzini 3 cavabsız topla çıxıb.

Gecənin digər matçında “PSJ” Fransada olduğu kimi (2:0), İspaniyada da “Real Sosyedad”ı məğlub edib - 2:1.

Bu nəticələrdən sonra “Bavariya” və “PSJ” Çempionlar Liqasında 1/4 finala vəsiqə əldə ediblər.

Reaksiya.az

Şərhlər